Kinqsli Koman “Bayern”dən ayrılacaq. Təcrübəli futbolçu yayda yeni macəraya başlamaq istəyir.

Futbolinfo.az xəbər verir ki, 28 yaşlı fransalı İngiltərədən bir neçə təklif alıb. Onunla “Liverpul”, “Nyukasl” və “Tottenhem”in maraqlandığı deyilir. Eyni zamanda Səudiyyə Ərəbistanına köçmək variantları da var.

PSJ yetirməsi 2017-ci ildən Münhen klubuna məxsusdur. “Yuventus”dan öncə icarəyə götürülən hücumçu, daha sonra 21 milyon avro ödənməklə birdəfəlk alınıb. 2027-ci ildə müqaviləsi başa çatacaq hücumçunun hazırkı bazar dəyəri 35 milyon avrodur.

Shares: