Anders Kristensen hələ bir müddət oynaya bilməyəcək. Uzun müddətdir zədəli olan müdafiəçi yenidən sıradan çıxıb.
Futbolinfo.az xəbər verir ki, “Barselona”nın arxa xətt oyunçusu bərpa prosesini başa vurarq çalışmalara start vermişdi. Lakin məşq zamanı o, yenidən xəsarət alıb. Həkimlər danimarkalının daha bir ay kənarda qalacağını bildirir.
28 yaşlı müdafiəçi baldır əzələsinin zədələnməsi üzündən meydanlardan kənarda qalmışdı. Onun bir həftə öncə zədəsini yenilədiyi dəqiqləşsə də, həkimlər ciddi problem olmayacağına ümid edirdi. Lakin bu gün analizlərin yekun nəticəsi bəlli olub və Krisyensenin hətta mövsümü erkən başa vurması ehtimalı var.