“Napoli” Andre Zambo Anqussa ilə danışıqları dayandırıb. Müqavilə müddətinin artırılması üçün başlanan müzakirə tərəflərin anlaşa bilməməsi üzündən təxirə salınıb.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə mövcud müqavilə mövsümün sonunda bitir. Neapollular kamerunlunun çıxışından məmnun olduğu üçün onun daha 3 il klubda qalmasını istəyir. Lakin başqa təklifləri olan Anqussa indikindən xeyli çox maaş istəyir.

Yarımmüdafiəçinin İngiltərəyə qayıtmaq ehtimalı yaranıb. “Napoli”nin 2022-ci ilin yayında “Fulhem”dən 16 milyon avroya transfer etdiyi oyunçunun İtaliyada da müştərisi var. O, yayda azad agent olduqdan sonra daha sərfəli anlaşma imzalayacağını düşünür.

Shares: