Beynəlxalq Dopinq Test Agentliyi (ITA) türkiyəli idmançı, yunan-Roma güləşi üzrə üçqat olimpiya mükafatçısı Rıza Kayaalpı 4 il müddətinə idmandan uzaqlaşdırıb.

2024-cü il mayın 28-də alınan dopinq testdən qadağan edilmiş trimetazidin çıxıb. Türkiyə təmsilçisinin mayın 28-dən bəri göstərdiyi bütün nəticələr ləğv edilib. Kayaalpın diskvalifikasiyası 30 iyun 2028-ci ilə qədər davam edəcək.

35 yaşlı Kayaalp 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) keçirilən olimpiya oyunlarının gümüş mükafatçısıdır. O, Olimpiadalarda həmçinin iki bürünc medal qazanıb (2012, 2020). Kayaalp 5 qat dünya çempionu olmaqla yanaşı, 12 qat Avropa çempionudur.

Shares: