Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva Monteneqroda təşkil edilən 20 yaşlı şahmatçılar arasında təşkil olunan dünya çempionatında gümüş medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, şahmatçımız 11-ci turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb.

Bununla xalını 8-ə çatdıran Ayan Allahverdiyeva dünya çempionatının gümüş medalına sahib çıxıb.

Mundialda 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

Shares: