İspaniya La Liqasında 27-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.

“Selta” evdə “Leqanes”ə, “Valensiya” “Valyadolid”ə, “Alaves” də “Vilyarreal”a qalib gəlib.

“Osasuna” ilə qarşılaşmalı olan “Barselona”nın matçı isə təxirə salınıb. Kataloniya klubunun tibb heyətinin üzvü olan Karles Minyarronun vəfatına görə oyun bu gün keçirilməyəcək.

İspaniya La Liqası
27-ci tur

8 mart

Selta – Leqanes 2:1
Qollar: Minqesa, 26. A.Qonsales, 45+1 – Rozye, 19.

Alaves – Vilyarreal 1:0
Qol: M.Sançes, 11.

Valensiya – Valyadolid 2:1
Qollar: D.Lopes, 7. U.Sadiq, 58 – Latasa, 40.

Barselona – Osasuna matçı təxirə salınıb

9 mart

17:00. Xetafe – Atletiko
19:15. Real – Rayo Valyekano
21:30. Atletik – Malyorka
21:30. Betis – Las Palmas
00:00. Real Sosyedad – Sevilya

10 mart

00:00. Espanyol – Jirona

Shares: