Məlum olduğu kimi, dünən İspaniya çempionatının “Barselona” – “Osasuna” qarşılaşması təxirə salınıb. Buna səbəb  katalon klubunun həkiminin dünyasını dəyişməsi olub.

La Liqa rəhbərliyi oyunun nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verib. Mənbənin sözlərinə görə, “Barselona”  Çempionlar Liqasının və İspaniya Kubokunun finalına çıxsa, görüş mayın 21-də baş tuta bilər. Kataloniya klubu Çempionlar Liqasını 1/8 final mərhələsində tərk edib ölkə kubokunun finalına vəsiqə qazanmasa, “Osasuna” ilə oyun aprelin 26-da, İspaniya kubokunun həlledici oyunu günü keçirilə bilər.

Xatırladaq ki, La Liqada 26 oyundan sonra 57 xalı olan “Barselona” birinci yerdədir. “Osasuna” 33 xal toplayıb və 11-ci yerdə qərarlaşıb.

Shares: