Serbiyalı tennisçi Novak Cokoviç Botik Van de Zandsxulpa məğlubiyyətinə münasibət bildirib. Xatırladaq ki, qarşılaşma 6:2, 3:6, 6:1 hesabları ilə niderlandlı tennisçinin xeyrinə başa çatıb.
“Mərkəzi kortun örtüyü ilə digərləri arasında ciddi fərq var. Burada top yerə dəydikdən sonra daha hündürə sıçrayır. Heç torpaq kortlarda bunu görmək mümkün deyil. Doğrudur, özüm də yaxşı oyun göstərmədim. Bəzən intensiv məşqlərdən sonra belə məğlubiyyət adamı kədərləndirir”, – deyə Novak qeyd edib.
Xatırladaq ki, Cokoviç 2018-ci ildən bəri ilk dəfədir ki, ardıcıl 3 oyunda məğlubiyyətlə üzləşir.