Antonio Rudiger “Real”da qalmaq istəyir. Müqavilə müddəti gələn mövsümün sonunda başa çatacaq almaniyalı klubdan təklif gözləyir.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisinə Səudiyyə Ərəbistanı klublarından dəvətlər var. Amma o, daha çox titul qazanmaq niyyətindədir və bunun üçün ən uyğun klubun Madrid təmsilçisi olduğunu düşünür.
Syerra Leone əsilli müdafiəçi “Real”da 3-cü mövsümünü keçirir. O, “Çelsi”dən ayrıldıqdan sonra İspaniya nəhənginə azad agent kimi gəlmişdi.