Tyaqo Motta qovula bilər. İtaliya A Seriyasının son turunda evdə “Atalanta”ya 0:4 hesablı məğlubiyyət klub rəhbərliyini əsəbləşdirib.

Futbolinfo.az xəbər ki, turinlilərin qeyri-sabit çıxışından azarkeşlər də məmnun deyil. Çempionlar Liqasına erkən vida edən “Qoca sinyora” növbəti mövsüm də bu yarışdan kənarda qala bilər. Bu səbəbdən baş məşqçinin tezliklə nəticələri yaxşılaşdırması lazımdır. Növbəti turda “Fiorentina”nı məğlub etmək mümkün olmasa, Motta istefaya göndəriləcək.

42 yaşlı çalışdırıcı ötən yaydan etibarən “Yuventus”a rəhbərlik edir. O, ötən mövsüm “Bolonya”da uğurlu işindən, komandanı Çempionlar Liqasına yüksəltməsindən sonra turinlilərdən dəvət almışdı.

Shares: