UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Bu adı qazanmağa “Bayern”dən Harri Keyn, PSJ-dən Canluici Donnarumma, “Aston Villa”dan Marko Asensio və Dortmund “Borussiya”sından Emre Can çalışacaq. Onların komandaları cavab oyunlarında qələbəqazanaraq növbəti mərhələyə yüksəlib.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.

Shares: