Formula 1-in baş direktoru Stefano Domenikali ən azı 2029-cu ilin sonuna qədər vəzifəsində qalacaq. Bu barədə yarışların mətbuat xidməti məlumat yayıb.

Domenikali bu postu 2021-ci ilin əvvəlindən tutur.

“Sevdiyim və uşaqlıqdan həyatımın bir hissəsi olan bu inanılmaz idmana rəhbərlik etməyə davam etməkdən qürur duyuram və “Liberty Media” komandasına göstərdikləri etimada görə minnətdaram. Birlikdə pərəstişkarlarımıza xidmət etməyə davam edəcəyik, çünki onlar bizim gördüyümüz hər işin arxasında duran qüvvədir. Ehtiras, enerji və adrenalin məni hər gün Formula 1-ə daha çox bağlayır”, – deyə italiyalı Stefano Domenikali bildirib.

Shares: