“The Race” portalı araşdırma apararaq Formula 1 komandalarının ötən mövsüm nə qədər pul mükafatı aldığını müəyyən edib.

Nəticələrdən asılı olaraq mükafat fondunun birbaşa paylaşdırılmasından əlavə, Formula 1-də mənfəətin bölüşdürülməsinin daha bir neçə məqamı var. Məsələn, “Ferrari” komandası mükafat fondundakı pulla yanaşı, həm də Formula 1-də ən uzun müddət iştirak edən komanda kimi tarixi bonus alır. Mənbənin məlumatına görə, bu, ümumi mükafat fondunun təxminən 5%-ni təşkil edir.

Bundan başqa, əlavə ödənişlər də hesablanan “uğur bonusu” adlanan bir qayda var. Onlar komandaların son 10 ildə Formula 1-dəki çıxışından asılıdır və mükafat fondunun daha 20%-ni təşkil edir. Bu baxımdan, Mühəndislər kubokunun ötənilki qalibi “McLaren” 2024-cü il mövsümü üçün ödənişlərin cəminə görə peletonda yalnız üçüncü komanda olub.

Shares: