“İndian Vells” turnirində növbəti oyunlar baş tutub.
Turnirin 1-ci raketkası Karlos Alkaras Qriqor Dimitrovu darmadağın edib – 6:1. 6:1. Oyun 1 saat 13 dəqiqə davam edib.
Bu oyundan sonra ¼ finalın bütün cütlükləri məlum olub. Növbəti mərhələdə ispan tennisçinin rəqibi argentinalı Fransisko Çerundolo olacaq.
¼ final mərhələsində digər qarşılaşmalar belədir:
Taylon Qrikspor – Holger Rune
Artur Fis – Daniil Medvedev
Ben Şelton – Cek Dreyper
Xatırladaq ki, turnirin mükafat fondu 10 milyon dollara yaxındır.