“Zirə”nin hücumçusu Salifu Suma ilə bağlı danışıqlar davam edir.
Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı forvard bu ölkəyə köçməyə daha yaxındır.
Ukrayna, Bolqarıstan, Türkiyə və Rusiya klublarının maraq dairəsində olan qvineya-bissaulu futbolçu uğrunda mübarizədə Moskva “Lokomotiv”i bir addım önə çıxıb. Çünki ruslar “Zirə”nin tələb etdiyi 800 min avroluq təzminat haqqını ödəməyə hazırdır. Tezliklə rəsmi danışıqların başlaması gözlənilir.
Qeyd edək ki, Salifu Sumanın “Zirə” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.