Avrokuboklarda 1/8 final mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqası və Konfrans Liqasında 1/8 finalın cavab oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.
Cədvəldə yalnız Polşa irəliləyişə nail olub. Adıçəkilən ölkə 15-ci pillədəki Danimarkanı ötüb.
Azərbaycan isə 30-cu pillədəki mövqeyində qalıb. Aktivində 19,625 xal olan ölkəmiz mövsümü elə bu yerdə də tamamlayacaq. Çünki Azərbaycanın izləyicilərinin heç birinin avrokubokda klubu qalmayıb.
Reytinqə İngiltərə (109,982) başçılıq edir.