Avstraliyada Formula 1 üzrə dünya çempionatına start verilib. Mövsümün ilk qran-prisinin iki sərbəst yürüşü keçirilib. Birinci sərbəst yürüşlərdə ən yaxşı nəticəni Lando Norris göstərib. Ondan sonra isə Karlos Saynsla Şarl Lekler qərarlaşıb.

Formula 1. Avstraliya Qran-Prisi. İlk sərbəst yürüşlər:

1. Lando Norris (McLaren) – 1:17,252.

2. Karlos Sayns (Williams) +0,149.

3. Şarl Lekler (Ferrari) +0,209.

4. Oskar Piastri (McLaren) +0,418.

5. Maks Ferstappen (Red Bull) +0,444.

6. Aleks Albon (Williams) +0,461.

7. Corc Rassel (Mercedes) +0,464.

8. Fernando Alonso (Aston Martin) +0,484.

9. İsak Həcər (Racing Bulls) +0,595.

10. Lens Stroll (Aston Martin) +0,805.

11. Yuki Tsunoda (Racing Bulls) +0,809.

12. Lyuis Həmilton (Ferrari) +0,819.

13. Cek Duen (Alpin) +0,980.

14. Andrea Kimi Antonelli (Mercedes) +1,138.

15. Qabriel Bortoleto (Kik-Sauber) +1,186.

16. Liam Louson (Red Bull) +1,203.

17. Pyer Qasli (Alpin) +1,253.

18. Niko Hülkenberq (Kik-Sauber) +1,334.

19. Esteban Okon (Haas) +1,887.

20. Oliver Berman (Haas) +2,060.

İkinci sərbəst yürüşlərdə ən yaxşı nəticəni “Ferrari” komandasının sürücüsü Şarl Lekler göstərib. İkinci yerdə “McLaren” pilotu Oskar Piastri qərarlaşıb. İlk üçlüyü britaniyalı Lando Norris tamamlayıb.

Yeddiqat dünya çempionu Lyuis Həmilton beşinci, Formula 1-in hazırkı çempionu Maks Ferstappen isə yeddinci olub.

Avstraliya Qran-Prisi. İkinci sərbəst yürüşlər:

1. Şarl Lekler (Ferrari) – 1,16,439.

2. Oskar Piastri (McLaren) +0,124.

3. Lando Norris (McLaren) +0,141.

4. Yuki Tsunoda (Racing Bulls) +0,345.

5. Lyuis Həmilton (Ferrari) +0,420.

6. İsak Həcər (Racing Bulls) +0,580.

7. Maks Verstappen (Red Bull) +0,624.

8. Niko Hülkenberq (Kik-Sauber) +0,722.

9. Lens Stroll (Aston Martin) +0,840.

10. Corc Rassel (Mercedes) +0,843.

11. Karlos Sayns (Williams) +0,863.

12. Aleksander Albon (Williams) +0,863.

13. Fernando Alonso (Aston Martin) +0,891.

14. Cek Duen (Alpin) +0,955.

15. Pyer Qasli (Alpin) +1,054.

16. Andrea Kimi Antonelli (Mercedes) +1,195.

17. Liam Louson (Red Bull) +1,201.

18. Qabriel Bortoleto (Kik-Sauber) +1,408.

19. Esteban Okon (Haas) +1,595.

20. Oliver Berman (Haas) – iştirak etməyib.

Shares: