“Napoli”nin yayda heyətinə qatacağı oyunçulardan biri bəlli olub. Neapollular Luka Marianuççi ilə anlaşıb.
Futbolinfo.az xəbər verir ki, “Empoli”nin istedadlı müdafiəçisi 5 illik müqavilə üçün razılaşıb. 20 yaşlı stopperin yetirməsi olduğu kluba nə qədər qazandıracağı bəlli deyil.
Marianuççi digər A Seriyası klublarından da təklif almışdı. Amma “Napoli” transferdə daha israrçı olub və oyunçu ilə şəxsi müqavilənun detallarını razılaşdırıb.