“Liverpul”un baş məşqçisi Arne Slot Vircil van Deykin qalmasını istəyir. O, müdafiəçinin mövsümün sonunda başa çatacaq müqaviləsinin uzadılmasında maraqlıdır.
Futbolinfo.az xəbər verir ki, təcrübəli məşqçi deyib: “Bildiyim yeganə şey Vircili növbəti mövsüm də komandada görmək istəməyimdir. Əməkdaşlığın uzadılması ilə bağlı qərarı isə mən vermirəm. Maliyyə məsələləri, danışıqlar – bunlar mənsiz həll olunmalıdır. Ümid edirəm ki, ortaq məxrəc tapılacaq”.
33 yaşlı futbolçu 2018-ci ilin yanvarından “Liverpul”dadır. 85 milyon avroya transfer olunan mərkəz müdafiəçisi indi klubu azad agent kimi tərk edəcək. Onunla “Real”, eləcə də illik 80 milyon avro maaş vəd edən bir Səudiyyə Ərəbistanı klubu maraqlanır.