“Arsenal” və “Liverpul” eyni futbolçuya müştəri düşüb. İngiltərə klubları Malik Fofananı istəyir.

Futbolinfo.az xəbər verir ki, yayda yeni futbolçular almağı planlaşdıran bu klublar Lion “Olimpik”inin üzvünə göz dikib. 19 yaşlı sol cinah vingeri təkliflərdən birini dəyərləndirməyin əleyhinə deyil. Lakin qərarı lionlular verəcək.

Transfer dəyəri 25 milyon avro olan Malik “Gent” yetirməsidir. “Olimpik” Belçika klubuna 20 milyon avro ödəyərək ötən qış onu heyətinə qatmışdı. Fofananın Fransa təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.

Shares: