Formula 1 üzrə dünya çempionatına Avstraliyada start verilib. Təsnifat mərhələsinin qalibi “Maklaren” sürücüsü britaniyalı Lando Norris olub. İkinci yerdə onun komanda yoldaşı Oskar Piastri qərarlaşıb. İlk üçlüyü isə Maks Ferstappen tamamlayıb.

Maraqlıdır ki, liderlər qrupuna yaxın olması gözlənilən “Ferrari” komandası zəif təsir bağışlayıb. Yeddiqat dünya çempionu Lyuis Həmilton üçün təsnifat ümumiyyətlə pis alınıb. O, yalnız 8-ci piləni tutmağı bacarıb. Komanda yoldaşı Şarl lekler 7-ci pillədə məskunlaşıb.

Təsnifatın qəhrəmanlarından biri kimi Corc Rasseli qeyd etmək olar. “Mersedes” sürücüsü liderlə yaxın nəticə göstərməklə azarkeşlərə ümid verib. Britaniyalı pilot sıralanma turunu 4-cü bitirib.

Ən maraqlı nəticələri Yuki Tsunoda ilə Aleksandr Albon göstərib. Yapon sürücü 5-ci yeri tutub. Albon isə ondan bir qədər geri qalıb.

Xatırladaq ki, əsas yarış sabah keçiriləcək. Mərhələ Bakı vaxtı ilə saat 8:00-da başlayacaq.

Shares: