Basketbol üzrə Avroliqa turnirində 29-cu tura 3 oyunla yekun vurulub.
Əsas favoritlərin oyununda “Olimpiakos” əzəli rəqibi “Panatinaikos”u minimal hesabla məğlubiyyətə uğradıb – 76:74. Meydan sahiblərinin heyətində Saşa Vezenkov 18 xal, 9 ribaundla oynayıb. Qonaq komandada isə Konstantinos Mitoqlu 18 xal toplayıb.
“Anadolu Efes” səfərdə “Bayern”ə 97:92 hesabı ilə qalib gəlib. Şey Larkin əvvəlki günlərini xatırladaraq görüşün ən məhsuldar oyunçusu olub. Onun aktivində 25 xal var.
Günün 3-cü oyununda “Barselona” evdə “Partizan”ı məğlubiyyətə uğradıb – 87:80. Görüşün qəhrəmanı 25 xal toplayan Kevin Panter olub.