Milli Basketbol Assosasiyasında 10 oyun keçirilib.

Çempionatın lideri ardıcıl 16-cı qələbəsini qazanıb. Klivlend komandası bu dəfə səfərdə “Memfis Qrizliz”dən üstün olub – 133:114. Məğlub komandanın heyətində Ca Marant 44 xal toplayıb.

Lebron Ceyms və Luka Donçiçin yoxluğunda “Los-Anceles Leykers” “Denver Naggets”ə məğlub olub. 131:126 hesabı ilə bitən görüşdə Nikola Yokiç 28 xal toplayıb. Alperen Şengünün 15 xal və 16 ribaund etdiyi qarşılaşmada “Hyuston Rokets” evdə “Dallas Maveriks”ə 133:96 hesabı lə qalib gəlib.

Digər oyunların nəticələri belədir:

Mayami Hit – Boston Seltiks 91:103

Filadelfiya Siksers – İndiana Peysers 100:112

Atlanta Houks – Los-Anceles Klippers 98:121

Minnesota Timbervolves – Orlando Mecik 118:111

San Antonio Spörs – Şarlott Hornets 134:145

Yuta Caz – Toronto Reptors 118:126

Finiks Sans – Sakramento Kinqs 122:106

Shares: