Dünyanın üçüncü raketkası, 21 yaşlı ispaniyalı tennisçi Karlos Alkaras tarixin ən yaxşı 5 futbolçusu ilə bağlı sualı cavablandırıb.
“Kriştianu Ronaldo. Məncə, 5 nəfəri seçmək kifayət qədər çətindir… Serxio Ramos. Sonra Luka Modriç. Mən onun oynadığını görməmişəm, amma haqqında eşitdiklərimə və videolarını gördüklərimə görə – Ronaldinyo. Və bir də məsələn, Neymar”, – deyə Alkaras cavab verib.
Portuqaliyalı Kriştianu Ronaldo, ispan Serxio Ramos və xorvat Luka Modriç “Real”da oynayıb, Modriç bu günə kimi Madrid komandasının şərəfini qoruyur. Braziliyalılar Ronaldinyo və Neymar isə “Barselona”nın keçmiş oyunçuları olublar.