Martın 16-da Avstraliya Qran-Prisinin startı güclü yağış təhlükəsi səbəbindən təxirə salına bilər. Bu barədə “RacingNews365” məlumat yayıb.
Məlumata görə, hazırda anomal güclü yağış gözlənilmir, lakin Beynəlxalq Avtomobil İdmanları Federasiyası (FIA) vəziyyəti diqqətlə izləyir və fövqəladə hal üzərində işləyir.
“Albert Park”da günəşin tez batması səbəbindən yarışın başlanğıcını gecikdirmək mümkün deyil. Yarış yerli vaxtla saat 15:00-da başlayır, günəş isə saat 19:39-da batır.
Məlumat pilotlara cümə günü sərbəst yürüşlərdən sonra keçirilən brifinq zamanı çatdırılıb.
Xatırladaq ki, Avstraliya Qran-Prisinin final mərhələsinin sabah, martın 16-da, Bakı vaxtı ilə saat 8:00-da başlaması planlaşdırılır.