21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 17-də Bakıda, martın 18-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.

Futbolinfo.az xəbər verir ki, hazırlıq çərçivəsində U-21-in martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Yığmanın yeni baş məşqçisi Ayxan Abbasov toplanış üçün 27 futbolçuya dəvət göndərib.

Siyahını sizə təqdim edirik:

S.Ad / SoyadKlub
1Rəvan KazımovNeftçi
2Xəyal FərzullayevSumqayıt
3Səlim HəşimovZirə
4Raul MəmmədovMingəçevir
5Nadir OrucovSumqayıt
6İbrahim RamazanovQəbələ
7Ayxan SüleymanlıSumqayıt
8Emin RüstəmovSəbail
9Həmzəali MikayılovSabah
10Fəxri MəmmədliŞamaxı
11Rüfət AbbasovŞamaxı
12Sənan MuradlıSumqayıt
13Qurban SəfərovQarabağ
14Dinamin BağırovTuran Tovuz
15Murad MəmmədovNeftçi
16Nihad ƏhmədzadəSumqayıt
17Həsən NəzərliAnkaragücü (Türkiyə)
18Edqar AdilxanovŞamaxı
19Şahin İbrahimovSabah
20Okan TəhməzliCəbrayıl
21Mircamal ƏlizadəTuran Tovuz
22Emil SüleymanovQəbələ
23Cavad KərimovKəpəz
24Sadiq ŞəfiyevKəpəz
25Oruc MəmmədovSəbail
26Ramil NurəhmədovSabah
27Nihat MehrəliyevQarabağ
Shares: