Misli Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşü “Sabah”la “Zirə” arasında baş tutub.

Əvvəlki iki oyunda olduğu kimi, bu görüşdə də qalib müəyyənləşməyib.

Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”la “Şamaxı”nın görüşü heç-heçə bitib – 1:1. “Kəpəz” də Tovuzda lider “Qarabağ”dan xal alıb – 0:0. “Səbail” – “Neftçi” və “Turan Tovuz” – “Sumqayıt” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
27-ci tur

15 mart

“Sabah” – “Zirə” 1:1
Qollar: Jesse Sekidika, 34 – Davit Volkov, 63.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
“Bank Respublika Arena”, 19:30.

Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.
Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 90. Davit Volkov, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Shares: