Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
Öncə autsayder “Səbail” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək.
Turun qapanış matçında isə “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək.
Daha öncə keçirilmiş “Kəpəz” – “Qarabağ” matçında (0:0) qapılara qol vurulmayıb, “Araz-Naxçıvan” – “Şamaxı” və “Sabah” – “Zirə” oyunları isə oxşar hesabla (1:1) yekunlaşıb.
Misli Premyer Liqası
27-ci tur
16 mart
“Səbail” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
“ASCO Arena”, 16:00.
“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 18:30.