Futbol üzrə Cənubi Koreya çempionatında 5-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Jeju” ilə qarşılaşıb və 3:1 hesabıyla qalib gəlib.

Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə mübarizə aparıb.

“Daejeon” hazırda 12 xalla liderdir.

Shares: