Formula 1 tarixində ən uzun liderlik seriyasına sahib olan “Red Bull”un pilotu və yarışların dördqat çempionu Maks Ferstappenin rekordu 2025-ci il mövsümünün debüt mərhələsindən – Avstraliya Qran-Prisindən sonra dayandırılıb.
2022-ci il nayın 22-də İspaniya Qran Prisini qazandıqdan sonra 1029 gün pilotlar cədvəlində liderlik edən 27 yaşlı niderlandlı Melburnda ikinci olub.
“McLaren” komandasının britaniyalı pilotu Lando Norris isə qələbə qazanaraq 1029 gün ərzində şəxsi hesabda liderliyi ələ keçirən ilk yarışçı olub.
Melburnda üçüncü yeri “Mercedes”i təmsil edən britaniyalı pilot Corc Rassel tutub.