Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun qapanış matçında isə “Turan Tovuz” “Sumqayıt”ı qəbul edib.

Üç qolun qeydə alındığı oyunda qonaqlar əzmkar qələbəyə seviniblər.

Daha öncə keçirilmiş “Kəpəz” – “Qarabağ” matçında (0:0) qapılara qol vurulmayıb, “Araz-Naxçıvan” – “Şamaxı” və “Sabah” – “Zirə” oyunları isə oxşar hesabla (1:1) yekunlaşıb. “Səbail” də “Neftçi”yə uduzub – 1:2.

Misli Premyer Liqası
27-ci tur

16 mart

“Turan Tovuz” – “Sumqayıt” 1:2
Qollar: Ayxan Hüseynov, 8 – Ayxan Süleymanlı, 17. Bobur Abduholikov, 68.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 18:30.

Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva (k), 23. Alexandro Serrano, 32. Hayderson Hurtado, 6. Araş Qaderi, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.
Sumqayıt: 36. Xəyal Fərzullayev, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

Shares: