“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda “Sumqayıt”a 1:2 hesabı ilə məğlubiyyəti şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, matçdan sonra təşkil edilən mətbuat konfransında bütün məsuliyyətin onun üzərində olduğunu söyləyib:

– Əfsuslar olsun ki, hər oyunda kobud səhvlər buraxırıq. Bu, birbaşa nəticəyə təsir edir.

– Səhvlərin qarşısını almaq üçün hansı işlər görülür?

– Çətindir. Göstəririk, başa salırıq. Amma yenə eyni səhvləri edirlər.

– Transferlərdə səhvlər etdiyinizi düşünmürsünüz?

– Seleksiyada səhv görmürəm. Səhvlər kompleks şəkildədir. Problemlərin nə olduğunu deməyəcəm. Amma məsuliyyəti öz üzərimdən atmıram. Bütün məsuliyyət məndədir.

– Avrokuboklara vəsiqə qazana bilməsəz, burada qalacaqsınız?

– Qalacam. Vəzifəmiz olduğu kimi qalır. Belə üzücü məğlubiyyətlər olur. Səhvlər nəticəyə təsir edir.

– Araş Qaderi, Orxan Əliyev, Anton Kraçkovski komandada qalacaq?

– Hələ baxarıq. Qarşıda bir dövrə var (sportal.az)

Shares: