Bu gün İngiltərə Liqa kubokunun final oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, turnirin həlledici matçında “Liverpul” “Nyukasl”la qarşılaşıb.
Londondakı “Uembli” stadionunda keçirilmiş oyun mersisaydlıların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləliklə, “Nyukasl” tarixində ilk dəfə bu kubokun qalibi olub.
“Liverpul” – “Nyukasl” 1:2
Qollar: Kyeza, 90+4 – Börn, 45. İsak, 52.