19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsi çərçivəsində keçirəcəyi ilk iki oyuna təyinatlar açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, yığmamızın Bosniya və Herseqovina və Xorvatiya ilə matçlarını idarə edəcək hakimlər aşağıdakı kimidir:
26 mart
19:00. Bosniya və Herseqovina – Azərbaycan
Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)
Omiş. Ribnjak İdman Sarayı
27 mart
20:00. Xorvatiya – Azərbaycan
Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya)
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)
Omiş. Ribnjak İdman Sarayı