“Liverpul”un yay transfer pəncərəsi üçün hədəfləri bəlli olur. Bir neçə əsas oyunçusunu itirəcək İngiltərə klubu əvəzedciləri müəyyənləşdirir.
Futbolinfo.az xəbər verir ki, mersisaydlıların əsas hədəflərindən biri Serxi Kardonadır. 25 yaşlı sol cinah müdafiəçisi “Vilyarreal”da bu mövsüm 26 matça çıxıb. İspan oyunçu 1 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri 7 milyon avrodur.
Baş məşqçi Arne Slot Entonu Robinsonun transferində də maraqlıdır. Kardonanın kçidi alınmasa, “Fulhem”in sol cinah müdafiəçisinin keçidinə cəhd ediləcək. Londonluların 40 milyon avroya satmaq istədiyi 27 yaşlı futbolçu ilə “Çelsi” də maraqlanır.
“Liverpul” “Real”a gedəcəyi gözlənilən Trent Aleksander-Arnoldun əvəzləyicisi kimi Uesliyə maraq göstərir. 21 yaşlı sağ cinah müdafiəçisini “Barselona” da istəyir. “Qarabağ”ın sabiq hücumçusu Olavio Junnyonun “Flamenqo”dakı komanda yoldaşı 30-35 milyon avro dəyərindədir.