Azərbaycan millisinin mümkün rəqiblərindən olan Fransa yığması itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, hücumçu Markus Türam sıradan çıxıb.

27 yaşlı forvard topuğundakı zədə ucbatından yığmanın heyətindən kənarlaşdırılıb. O, Millətlər Liqasının 1/4 final mərhələsində Xorvatiya ilə keçiriləcək oyunları buraxacaq. Hansı ki, bu cütün qalibi DÇ-2026-nın seçmə mərhələsində millimizin yer aldığı qrupa düşəcək.

Qeyd edək ki, Fransa ilə Xorvatiya arasında oyunlar martın 20-də və 23-də keçiriləcək.

Shares: