Beynəlxalq Avtomobil Federasiyası (FIA) passiv DRS sisteminin işləməsi ilə bağlı direktivə əməl etmək üçün məsələni daha ətraflı öyrənmək niyyətindədir. “Autoracer”in məlumatına görə, Avstraliyadakı yarışdan sonra komandalar bu mövsümün ikinci mərhələsi olan Çin Qran Prisində qüvvəyə minəcək “mini-DRS” ilə bağlı yeni təlimat alıb.

Əgər əvvəllər, sınaq zamanı DRS qapağı ilə qanadın əsas müstəvisi arasında 2 mm-dən çox olmayan boşluğun yaranmasına icazə verilirdisə, indi bu aralıq cəmi 0,5 mm olmalıdır.

FIA bu addımı hansısa konkret komandaya qarşı atmayıb, daha çox mini-DRS-dən sui-istifadə ilə bağlı ümumi problemə qarşı mübarizənin bir hissəsi kimi edib.

Xatırladaq ki, ön qanadların elastiklik üçün sınaqdan keçirilməsini gücləndirmək niyyəti ilə bağlı direktiv FIA Ümumdünya Motorsport Şurasının sonuncu iclasında qəbul edilib.

Çin Qran Prisi bu həftənin sonunda keçiriləcək.

Shares: