İkiqat olimpiya çempionu, şüvüllə tullanma üzrə ikiqat dünya çempionu, isveçli Armand Duplantis 6,30 m hündürlüyü fəth etməklə daha bir dünya rekordu vurmağın mümkünlüyündən danışıb.
Martın əvvəlində Duplantis 6,27 m nəticə ilə öz dünya rekordunu yeniləyib.
“Bu barədə çox düşünmürəm. Bilirəm ki, indi 6,30-a çox yaxınam. Mən yaxın gələcəkdə bu rəqəmi keçmək istərdim, amma ümumiyyətlə, konkret hündürlüyü hədəfləmirəm. Aydındır ki, zaman keçdikcə yaxşılaşırsınız. Məsələn, indi Çində qapalı məkanda dünya rekordunu (6.24) qırmaq üçün yaxşı vaxtdır. Çünki külək və ya digər maneələrlə mübarizə aparmaq məcburiyyətində qalmayacağam.
Məndən çox şey gözlənildiyini bilirəm, amma bunun təbii bir proses olduğunu düşünürəm. Nəticələrimi yaxşılaşdırmağa çalışıram, tullanmağa və qalib gəlməyə davam etmək istəyirəm”, – deyə Duplantis qeyd edib.