Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 16-cı turun oyunları keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, UNEC “Murov Az Terminal”la üz-üzə gələcək.
UNEC-in idman zalında baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Turun digər görüşlərində “Abşeron” “Gəncə”ni, “Azərreyl” isə “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
“Abşeron” – “Gəncə” matçına saat 16:00-da, “Azərreyl” – “Milli Aviasiya Akademiyası” görüşünə isə 18:00-da start veriləcək.