Peşəkar Futbol Liqasının təşkil etdiyi “Ayın qolu” layihəsində fevralın qalibləri müəyyənləşib.

Futbolinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasında Patrik Andrade (“Qarabağ”), I Liqada Ramil Orucov (MOİK), II Liqada Eşqin Tağıyev (“Qusar”) qalib olub.

II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə şərtlərə əsasən, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə, “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.

1742302031 4838f2b1 b954 3902 9f1a d6812ae41763 - Futbolinfo.az
Shares: