“Zirə” legioner transferlərinə davam edir.

Futbolinfo.az xəbər verir ki, Bakı klubu əsasən gələcəyin heyətini düşünərək, gənc əcnəbilərə üstünlük verir.

Baş məşqçi Rəşad Sadıqovun diqqətini cəlb edən belə futbolçulardan biri də Alseni Kamaradır. Qəsəbə təmsilçisi 18 yaşlı fransalı mərkəz müdafiəçisi ilə anlaşmağa yaxındır. Əslən Qvineyadan olan Kamara Liqa 1 təmsilçisi “Paris”in U-19 komandasının üzvüdür. Klub rəhbərliyi onu Azərbaycana gətirməyə çalışır.

Qeyd edək ki, “Zirə” daha əvvəl Brahim Konate, Yeqor Boqomolski, Abdul-Aziz Batibie və Vensan Till kimi əcnəbiləri heyətinə qatıb.

472691 - Futbolinfo.az
Shares: