“Neftçi” növbəti keçidini rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, Venesuela milli komandasının yarımmüdafiəçisi Freddi Varqas artıq “Neftçi” ailəsinin üzvüdür.

26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülüb.

Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. O, Venesuela milli komandasında 3 oyun keçirib.

Shares: