“Qəbələ” tezliklə yeni hücumçu ilə müqavilə bağlayacaq. Bölgə təmsilçsi İsrail klubundan gətirdiyi fransalı ilə bütün məsələlərdə razılıq əldə edib.
Futbolinfo.az xəbər verir ki, yeni transferin adı gizli saxlanılır. Oyunçu tibbi müayinədən keçdikdən sonra bu barədə açıqlama veriləcək.
Bu keçiddə maraqlı olan hücumçunun “Qəbələ”yə başqa bir klubun rəsmisi tərəfindən gətirilməsidir. “Araz-Naxçıvan”da müşavir postunu tutan Ceyhun Sultanov Premyer Liqanın digər klublarına oyunçu paylamaqla məşğuldur. Sabiq yarımmüdafiəçi bir yerdən maaş alır, digər klublardan isə menecer haqqı. Əla bazardır.






