Uğurla keçən ötən həftənin ardınca ümidləndiyimiz avrokubokda daha bir təmsilçimzi itirdik. Təbii ki, hələ formal cavab oyunu qalıb, lakin indidən “Araz-Naxçıvan” üçün hər şeyin bitdiyini demək olar. “Sabah” hələ ümidini saxlayır. Bununla belə, “bayquşlar”ın da işi çətindir.
Konfrans Liqasında debüt edən naxçıvanlıların “Aris”i keçməsi təsadüf idi. Yunanıstan təmsilçisi rəqibə barmaqarası münasibətə, eyni zamanda yarışa hazır olmadığına görə uduzdu. “Araz-Naxçıvan” da bundan maksimum yararlandı. Lakin təmsilçimizn bəlli bir potensialı var və “Omoniya”ya qarşı şansı yox idi.
Bununla belə, ev darmadağınından qaçmaq mümkün idi. İlk mərhələdəki futbol sərgilənəcyi halda Kipr təmsilçisinə başağrı yaratmaq olardı. “Araz-Naxçıvan” nəinki bunu bacarmadı, hətta qeyri-sabit komanda olduğunu isbatladı. Dünənki 0:4 təkcə Elmar Baxşıyevin və ya ayrı-ayrılıqda hansısa futbolçunun məğlubiyyəti deyildi, bu oyunu klub uduzdu. Elmar Baxşıyevin məşqçi bacarığı, yeni transferlərin əsl səviyyəsi məhz “Omoniya” ilə dueldə aydınlaşdı.
“Araz-Naxçıvan” sanki Yunanıstanda qalmışdı. Həftə boyunca komandanın düzgün hazırlaşmadığı, rəqibi yetərincə analiz etmədiyi görünürdü. Muxtar respublika təsilçisi 1-2 oyunçunun fərdi bacarığından asılı kollektiv təsiri bağışlayırdı. “Omoniya” meydanda istədiyini edir, hər zövqdə qol vururdu.
Qış fasiləsində klub rəhbərliynin pulun qurtardığını deyib büdcəni azaltdığını bəyan etdiyini eşitsəz, təəccüblənməyin. Transferlərə o qədər pul xərclənib ki, bir mərhələ adlamaqla zyanın üstünü örtmək mümkün olmayacaq. Prezidentin müşavir Ceyhun Sultanov isə yəqin ki, artıq Baxşıyevə əvəzedici axtarışına başlayıb.
“Sabah” da uduzdu. Amma paytaxt təmsilçisi Bolqarıstandan bərabərliklə dönməyə çox yaxın idi. “Levski” təmsilçimizdən üstün oynasa da, bunu hesabda əks etdirə bilmirdi. Əksinə, “bayquşlar”ın önə keçmək üçün bir neçə real şansı oldu. Hər şeyin qolsuz heç-heçə getdiyi bir vaxtda ani diqqətsizlik meydan sahiblərinə oyuna əlavə edilmiş 8-ci dəqiqədə qələbə qolunu gətirdi.
Hətta heç-heçə qeydə alınsaydı da bu, “Levski” cütün favoriti olaraq qalacaqdı. Qələbə hesabı bolqarları daha şanslı duruma gətirdi. Hətta Bakıd daha çətin olacaq. Düzdür, “Sabah” üçün heç nə bitməyib, ancaq rəqibin daha yaxşı göründüyünü qeyd etməliyik. Bakıda ekstra nələrsə edilməlidir ki, pley-offa vəsiqə qazanılsın.
Bu həftə yalnız “Qarabağ” üzümüzü güldürdü. Belə gedişlə qrup mərhələsində yenə tək komanda ilə qalacağıq.
FƏRİD






