“Qarabağ” “Ferentsvaroş”la oyunlara hazırkı heyətlə çıxacaq. Çempionlar Liqasının pley-offunda macarlarla duellərə qısa zaman qalıb və bu müddətdə hansısa transferi reallaşdırmaq çətindir. Hətta sifariş ərizəsinə yeni alınacaq oyunçunu əlavə etmək mümkün olsa da, məşqçilər çətin ki, hazırlıq keçməyən, heyətə uyğunlaşmayan futbolçuya etimad göstərsin.

Amma ağdamlılar mütləq daha bir neçə transfer edəcək. Klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanov “Ferentsvaroş”la oyunlarının nəticəsindən asılı olaraq heyəti gücləndirəcək. Komanda Avropa Liqasında mübarizəyə davam etsə, 3-4 yeni legioner gətiriləcək. Çünki 8 qrup oyunu ilə yanaşı daxili çempionat üçün də geniş heyət lazımdır.

“Qarabağ” Çempionlar Liqasında qrup mərhələsinə yüksələcəyi halda isə transferlər daha çox, daha sanballı olacaq. İlk belə təcrübəsində Tarik Elyunussi, Pedro Enrike kimi yükək səviyyəli oyunçularla güclənən ağdamlılar axtarışlarının coğrafiyasını böyüdüb. Klub rəhbərliyinin “Qarabağ” tarixinin ən böyük büdcəsinin ayrılması ilə bağlı dedikləri təsadüfi deyil. ÇL-də yola davam edlsə, “atlılar” məşhur simalara qucaq açacaq.

Shares: