“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq.

Komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Oyunu Niderlanddan olan hakimlər idarə edəcək. 

“Qarabağ” daha öncə səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 hesabıyla qalib gəlib. “Kopenhagen” isə “Bayer”lə qarşılaşıb – 2:2.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur

1 oktyabr

20:45. “Qarabağ” – “Kopenhagen”
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeinstra, Patrik İnia, Yannik Van Der Laan (Niderland).
Tofiq Bəhramov adına Respublika stadionu.

Shares: