UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyunda ilk peşəkar matçına çıxan “Nyukasl”ın yarımmüdafiəçisi Şon Niv təəssüratlarını bölüşüb.

Futbolinfo.az xəbər verir ki, 18 yaşlı oyunçu klubun rəsmi saytına açıqlamasında inanılmaz hisslər yaşadığını bildirib.

Bakıdakı qarşılaşmanın son 4 dəqiqəsində meydanda olan Niv “Nyukasl”dakı debütünün bu qədər erkən olacağını gözləmədiyini etiraf edib: “Komandada debüt etmək inanılmaz an idi. Bunun hansı turnir olmasının fərqi yoxdur. Debütümün bu qədər tez baş verəcəyini gözləmirdim. Böyükhesablı qələbə qazanmağımız da mənim üçün ikiqat əlamətdar oldu. Bakıdakı matçda hətta qol da vura bilərdim. Yenə də əla gecə idi. Ümid edirəm ki, tezliklə Premyer Liqada debüt edə bilərəm. “Qarabağ”la “Sent Ceyms Park”dakı cavab görüşündə start heyətində yer alsam, ən böyük arzumu reallaşdırmış olaram”.

Qeyd edək ki, “Nyukasl” Bakıdakı oyunda “Qarabağ” üzərində 6:1 hesablı qələbə qazanıb. Komandalar arasında cavab matçı bu gün keçiriləcək.

Shares: