“Kəpəz”in yarımmüdafiəçisi Ryonosuke Ohorinin futbolinfo.az saytına müsahibəsi

– Son oyunda məğlubiyyətin əsas səbəbi nə oldu?

– “Sabah”la oyunun son dəqiqələrində qol buraxdıq və məğlub olduq. Bu, həqiqətən də çox məyusedicidir. Yaxşı oynamışdıq, mübarizə aparmışdıq. Amma son dəqiqələrdə qol buraxdıq. Uduzduq.

–  Komandanın əsas problemi nədir?

– Bizə lazım olan əsas şey qol vurmaqdır. Düşünürəm ki, oyunlarda epizodlar yaradırıq, amma bundan istifadə edə bilmirik.

– Bu problemi aradan qaldırmaq üçün nə etmək lazımdır?

– Daha çox düşünməliyik ki, qol vurmaq üçün nə edək. Bu gün əsas problemimiz budur və onu aradan qaldırmalıyıq. Komanda rəqib qapısına yol tapmalıdır və bu mövqedə özümüzü necə inkişaf etdirməyimizi analiz etməliyik, düşünməliyik.

– Komandanın liqada qalması üçün nə edəcəksiniz?

– Komandanın Premyer Liqada qalması üçün əlimdən gələni edəcəyəm. Mən şəxsən bütü bacarıqlarımı ortaya qoyacam. Ümid edirəm ki, istədiyimizi əldə edib Premyer Liqada yerimizi qoruyub saxlaya bilərik.

– Qarşıda “Sumqayıt”la oyun var. Qələbəyə inanırsınız?

– Əlbəttə, komanda olaraq hər zaman qələbəyə inanırıq. Hər oyunda bunun üçün meydana çıxırıq. Oyuna yaxşı hazırlaşacağıq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Aktivimizə 3 xal yazmaq istəyirik.

– Ötən tur “Neftçi” ilə matçda meydana çıxmadın və bu söz-söhbətlərə yol açdı. Bakı klubundan icarə əsasında “Kəpəz”ə keçəndə müqaviləndə onlara qarşı oynamayacağına dair bənd yer alır?

– Bu suala cavab vermək istəmirəm.

AĞA

Shares: