Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyunu öncəsi mətbuat konfransı təşkil olunacaq.

Futbolinfo.az AFFA-ya istinadən xəbər verir ki, mətbuat önünə Azərbaycan yığmasına rəhbərlik edən Siyasət Əsgərov çıxacaq. Şimali Makedoniya millisinin baş məşqçisi Aleksandar Andov isə buna ehtiyac duymayıb.

2 mart
Azərbaycan milli komandası
15:00. Mətbuat konfransı

Shares: