Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, turun son oyunu “Qarabağ”la “Sabah” arasında keçirilib. Bu matçı Tural Qurbanov idarə edib. Altı qolluq görüşdə qalib müəyyənləşməyib.

Daha öncə “Kəpəz” “Sumqayıt”a 3:0 hesabıyla qalib gəlib, “Araz-Naxçıvan” “Zirə”yə uduzub – 0:1. “Şamaxı” – “Neftçi” (2:2), “Qəbələ” – “Karvan-Yevlax” (1:1) və “Turan Tovuz” – “İmişli” (0:0) matçlarında isə qalib müəyyənləşməyib.

Misli Premyer Liqası
22-ci tur

1 mart

“Qarabağ” – “Sabah” 3:3
Qollar: Pedro Bikalyo, 73. Kevin Medina, 78. Musa Qurbanlı, 84 – Xəyal Əliyev, 13. Aaron Maluda, 54. Coy Lens Mikels, 60.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 15. Leandro Andrade, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Shares: